Şüşə və şüşə məhsulları


İlk şüşə eramızdan 2000 il əvvəl meydana gəlmişdir. Buna baxmayaraq, bir neçə əsr bundan əvvələ qədər şüşə çox az , demək olar ki, istifadə olunmamışdır. Ancaq XX əsrdən başlayaraq şüşədən istifadənin sürətlə artması nəticəsində düz şüşələrin istehsalında yeni texnologiyalar yaranmağa başladı. 1902-ci ildə Emil Furko (Belçika) ərimiş şüşənin dartma üsulunu icad etdi. Hal-hazırda bu üsul Avropada artıq demək olar ki, tətbiq olunmur. 1959-cu ildə isə İngiltərənin “Pilkington” firması tərəfindən “Float” üsulu icad olundu. Bu üsulun üstünlükləri: Şüşələrin qalınlığının bütün səth boyunca eyni olması Şüşələrin səthinin yüksək keyfiyyətli olması (sonradan parlaqlaşdırmaq tələb olunmur.) Optik defektlərin olmaması Məhsuldarlığın çox olması 1940-cı illərin axırlarında istilik izolyasiyasını yaxşılaşdırmaqdan ötəri ikitərəfli germetik şüşələrin (şüşə paketlərin) konsepsiyası hazırlandı, yalnız real olaraq, 1970-ci illərdə Qərbdə enerji böhranının yaranması, şüşə paketlərinin inkişafına təkan verdi. Bundan sonra örtüklü, çoxtəbəqəli və s. şüşələr istehsal olunmağa başladı ki, bunlar da öz növbəsində günəşdən müdafiə, işıqlandırmanın idarə olunması kimi funksiyaları özündə əks etdirdi. Son dövrlərdəki şüşə emalı sahəsində çoxtəbəqəli laminat və termiki möhkəmləndirilmiş temperli şüşələrin istehsalı, səs izolyasiyasının və təhlükəsizliyin effektiv həllini təmin etdi. Şüşə məhsulları iki hissəyə bölünür: Baza əsaslı şüşələr Emal əsaslı şüşələr Baza əsaslı şüşələr Float şüşə – Natrium-kalsium- silisium qarışıqlarından əmələ gələn düz şəffaf sadə şüşələr Rəngtərkibli, düz, sadə şüşələr (yaşıl, göy, boz, qızılı və s.) Rəngli və rəngsiz naxışlı şüşələr (əsasən qalınlığı 4 mm olur) Şüşələrin standart qalınlığı 3,4,5,6,8,10,12,15,19,25 mm olur. Ən böyük ölçü 6000 x 3210 1 mm qalınlığında olan şüşənin 1m2 – 2.5kg 4 mm qalınlığında olan şüşənin 1 m2 – 10kg Emal əsaslı şüşələr İlkin emal: Səthinə örtük çəkilmiş şüşələr, güzgülər, qumlama üsulu ilə alınmış şüşələr, satin və dekorativ şüşələr. İkinci emal: Temperli (bərkidilmiş) şüşələr, termiki möhkəmləndirilmiş şüşələr, laminat (çoxlaylı) şüşələr, vitraj şüşələri, şüşə paketlər.