Şüşələrin emalı


Kəsmə Emal edilən bütün şüşələrdə prosesin ilk mərhələsidir. Şirkətimiz İtaliya və Finlandiyanın müştərək “Glaston” firmasının istehsal etdiyi CNC (avtomatik) kəsmə xəttində şüşə lövhələrdən düz və ya müxtəlif formalı kəsimlər təklif edir. Kəsmə zamanı ən sərt mineral olaraq yüksək keyfiyyətli almazdan və sındırma prosesində gözlə görünməyən çatların və çapaqların qarşısını almaq üçün xüsusi texniki xüsusiyyətləri olan uçucu kəsim yağından istifadə olunur. Şüşənin max ölçüsü: 3700 mm x 2750 mm Şüşənin qalınlıgı: 3 mm – 19 mm Rodaj Şüşə bərk maddə olduğundan kəsilərkən kənarları nahamar şəkildə qalır ki, bu da həm vizual olaraq, həm də təhlükəsizlik baxımından effektiv olmur. Kəskinliyi aradan qaldırmaq üçün şüşənin kənarına 45˚ və 90˚ bucaq altında xüsusi rodaj və polirovka daşları ilə təmas olunur ki, nəticədə tam cilalanmış, müxtəlif formalı, təhlükəsiz səthlər əldə etmək olur. Ikitərəfli rodaj (double edger) isə şüşələrin eyni zamanda iki paralel tərəfinin rodaj etdiyi üçün şüşələr tam dəqiq ölçülərdə və diaqonal fərqi olmadan emal olunur. Qeyd etmək istəyərdik ki, diaqonalları eyni olması inşaat sektorunda mühüm əhəmiyyət kəsb edir. İkitərəfli rodaj Şüşənin qalınlığı: 3mm -19mm Şüşənin min və max eni: 300mm – 4000mm Əyrixətli rodaj vasitəsilə kənarları düzxətli olmayan şüşələr ideal şəkildə rodajlanır. Bu da müxtəlif interyer və eksteryer işlərində xüsusi zövqləri təcəssüm etdirməyə imkan yaradır. İstənilən formada kəsilmiş şüşələrin kənarlarını düz formalı, karandaş formalı, iki və üç pilləli cilalamaq (rodaj) və parlaqlaşdırmaq mümkündür. İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan şaquli, əyrixətli və iki tərəfli rodaj avadanlıqlarından istifadə olunur. Şüşənin qalınlığı: 3mm -19mm Şüşənin min və max ölçüsü: 100mm – 2100mm Əyrixətli rodaj İstənilən formada kəsilmiş şüşələrin kənarlarını düz formalı, karandaş formalı, iki və üç pilləli cilalamaq (rodaj) və parlaqlaşdırmaq mümkündür. Şüşənin qalınlığı: 3mm -19mm Şüşənin min və max ölçüsü: 100mm – 2100mm Faset Şüşə kənarlarının 90˚, ön hissəsinin isə müxtəlif bucaq altında və müxtəlif qalınlıqda cilalanması və parildadılması ilə çərçivə effekti alınır. Faset düzxətli olmaqla yanaşı əyrixətli şüşələrdə də mümkündür. İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan şaquli, əyrixətli faset avadanlıqlarından istifadə olunur. Düzxətli faset Şüşənin qalınlığı: 3mm – 19mm Şüşənin min ölçüləri: 40mm x 40mm Fasetin max eni: 50mm Əyrixətli faset Şüşə məhsulların qalınlığı: 3mm – 40mm Şüşənin min və max ölçüləri: 230mm – 2100mm Fasetləmədə min diametr: 100mm Maksimal en: 40mm Dəlik açma Şüşələri dekorativ və konstruktiv bərkitmə üçün onların üzərində müxtəlif ölçülü dəliklər açılır. Deşmələr matkap vasitəsilə işləyən avadanlıqlar və CNC kəsmə-deşmə avadanlıqları ilə aparılır. Şüşələrin deşilməsində istifadə olunan matkapların və frezlərin xüsusi orijinal olması, görülən işin yüksək keyfiyyətli olmasını və eskize tam uyğun şəkildə həyata keçirilməsini təmin edir. İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan avadanlıqlarından istifadə olunur. Şüşənin max qalınlığı: 25mm Dəliklərin diametri: 4mm – 220mm Kanalaçma Şüşənin səthində 2mm dərinliyinə qədər CNC avadanlıq vasitəsilə oyularaq dekorativ şəkil verilir. Oyulmuş hissə parladılaraq şüşə ilə vəhdət təşkil etməsi dizayn işlərində fərqlənməyə imkan yaradır. İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan avadanlıqlarından istifadə olunur. Daxildən kəsmə Şüşələrə müxtəlif aksessuarların bağlanıla bilməsi üçün, eləcədə şüşə səthinə perpendikulyar şəkildə hər hansı vasitənin yerləşdirilməsi üçün şüşə üzərində daxildən kəsmə qaçılmazdır. Belə kəsmələr CNC avadanlıqlarla aparıldığı üçün qəbul olunmuş eskizlərə tam uyğun kəsmə işləri aparılır. İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan avadanlıqlarından istifadə olunur.