- 2000-ci ildən fəaliyyət göstərən və Azərbaycanda şüşə emalı və şüşə məhsullarının istehsalı sahəsində lider mövqeyə malik şirkətdir.
Fəaliyyətinə
dünyanın tanınmış brendlərinin — AGC (Yaponiya), Pilkington (İngiltərə),
Guardian (ABŞ), Saint-Gobain (Fransa), Şişecam (Türkiyə), Azerfloat (Azərbaycan) və digər
istehsalçıların məhsullarının idxalı ilə başlayan Glass House, illər ərzində öz
istehsalat sahəsini quraraq müxtəlif çeşidli memarlıq şüşələrini istehsal edən ölkənin ən böyük şüşə zavodlarından birinə çevrilmişdir.
İstehsalat Gücü və Texnoloji Üstünlüklərimiz
Glass
House 2005-ci ildən etibarən müasir texnologiyalara əsaslanan şüşə emalı sahəsində
fəaliyyət göstərir. İllər ərzində istehsalat xəttimiz davamlı inkişaf
etdirilmiş, yeni nəsil avadanlıqların tətbiqi ilə beynəlxalq standartlara tam
uyğun istehsal mühiti formalaşdırılmışdır.
İnkişaf mərhələlərimiz
2005 — Satin (mat) və dekorativ şüşə istehsalına başlanıldı.
2007 — Finlandiyanın Glaston avadanlığını əldə edərək temperli şüşə istehsalına başladı.
2010 — İtaliyanın Bovone və Maroso markalı laminat xətti ilə Azərbaycanda ilk çoxlaylı laminat şüşə istehsalı həyata keçirildi.
2011 — Almaniyanın Bystronic-Lenhardt markalı tam avtomatik şüşə paket xətləri istifadəyə verildi.
2017 — “North Glass Horizontal Roller Heart Glass Tempering Furnace” temperləmə avadanlığı quraşdırıldı.
2018 — İspaniyanın TUROMAS markalı yüksək dəqiqlikli JUMBO formatlı şüşə kəsmə avadanlığı istehsalata əlavə edildi.
2019 — İtaliyanın Giardinagroup boya avadanlığı ilə orqanik və keramik boyalı şüşə istehsalına start verildi.
2020 — İtaliyanın Forel Edgetech avadanlığı ilə şaquli paketləmə xəttinə start verildi.
2025 — GOLIVE Double Edger avadanlığının alınması ilə istehsalatda dəqiqlik və məhsuldarlıq daha da artırıldı.
2025 — Yeni nəsil YINRUI Intelligent – ANTHONY kəsmə avadanlığı istehsalata əlavə edildi.
Bu avadanlıqlar sayəsində Glass House bu gün regionda ən müasir texnoloji park ilə fərqlənən, keyfiyyət və dəqiqliyə əsaslanan qabaqcıl şüşə istehsalçılarından biridir.
Glass House şüşə emalı sahəsində ixtisaslaşaraq müasir arxitektura və tikinti layihələri, göydələnlər, hava limanları, ticarət mərkəzləri, banklar və ictimai binalar üçün yüksək keyfiyyətli şüşə məhsulları istehsal edən, Azərbaycanda və regionda şüşə sənayesinin lider brendi kimi fəaliyyətini davam etdirir.








