+99 412 514 86 86
Glasshouse digər şirkətlərdən nə ilə fərqlənir? Bİz mürəkkəb layİhələrİ götürürük
Həqİqətən mürəkkəb layİhələrİ
Şİrkət haqqinda

Для перехода к следующему году выполните движение на вашем устройстве.

logo

Glass House -2000-ci ildən dünyanın müxtəlif ölkələrindən tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlamıışdır

2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.
2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.
2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başlamışdır.
2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paket xətti istismara verildi. Hal hazırda istehsalatımızda bununla yanaşı İtalyanın "FOREL" kompaniyasından əldə edilmiş ikinci avtomatik paket xətti fəaliyyət göstərir. Glass House bu illər ərzində istehsalat sahəsini daha da genişləndirərək, bir çox yeni avadanlıqlar,o cümlədən müasir arxitekturanın tələblərinə cavab verən yeni CAMBO( JUMBO) ölçülü temper və kəsim xətti əldə etmişdir.
Eləcədə 2019 cu ildə İtalyanın “Giardinagroup” şirkətinin boya avadanlıgı əldə etməklə artıq orqanik və keramik boyalı şüşələrin istehsalına başlamışdır.
Biz artıq göydələnlər, hava limanı, stadion, bank, ticarət mərkəzləri və sairə kimi istənilən mürəkkəb arxitektura üçün müxtəlif növ şüşə və şüşə paketlər istehsal edirik.
Glass House bu gün şüşə emalı və müxtəlif növ şüşə məhsulları istehsalı sahəsində Azərbaycanda ən böyük zavod olmaqla yanaşı daima istehsal avadalıqlarını ən müasir texnoloji avadanlıqlarla yeniləyir.

Partnyorlarımız

Наверх