"QLASS HAUS" MMC-yə (Şüşə zavoduna) elektromexanik vakansiyası üzrə 25-50 yaş arası, ən azı üç il istehsalat sahəsində təcrübəsi olan, rus və ya ingilis dillərini bilən, testerlərlə işləməyi bacaran namizəd axtarılır.
Əməkhaqqı müsahibə əsasında razılaşma yolu ilə təyin ediləcək.
İş rejimi üç növbəlidir (08:00-16:00, 16:00-23:00, 23:00-07:00), altı günlükdür, növbələr aylıq növbəlilik qrafikinə uyğun tənzimlənir.
Tələblər:
Ali təhsil
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 50
Cins : Kişi
Elektrik sxemlərinin oxunması,təmir və bərpa işlərinin həyata keçirilməsini həyata keçirir;
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil, istehsalın texniki hazırlığını təmin edir;
Təmir üçün aidiyyatı təşkilatlarla planları (cədvəlləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün materialların hazırlanmasında iştirak edir;
Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlərin tərtibatına rəhbərlik edir;
Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
Köhnəlmiş avadanlıq, maşın və mexanizmləri, obyektləri müəyyən edir, onların təmirini növbələşdirir;
Eksperiment, quraşdırma, yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
İstər təmir, istərsə də digər işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edilməsini rəhbərlik etdiyi sahənin işçilərindən tələb edir.